Azərbaycan İdeyası

"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik" - ŞƏRH “

Tarix:29-05-2019, 14:45
Baxış Sayı:482



Azərbaycan Xalq Cümhuriyyəti bizim tarixi şərəfimizdir. Şanlı tariximizdir. Şərqdə yaranan və demokratik prinsiplərə söykənən ilk dövlət olub. Azərbaycan xalqının bu gün də fəxr etdiyi bu dövlət bizim tariximizin şanlı səhifəsidir. Xalq Cümhuriyyəti bizə bayrağımızı bəxş etdi. Azadlıq anlayışının nə olduğunu göstərdi. Bu gün Azərbaycan Respublikası cümhuriyyətin varisidir. Əslində bugünkü Azərbaycan AXC-nin əsasını qoyduğu proseslərin davamçısıdır”.
Korrupsiya-q.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 May Respublika Günü münasibətilə çıxışında vurğuladığı fikirləri şərh edən millət vəkili bildirib ki, prezident çox düzgün müqayisə apararaq müstəqilliyin qorunub saxlanmasının onun əldə olunmasından daha çətin olduğunu bildirib:
“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin varlığını qoruyub saxlaya bilmədi. Burada tarixi proseslərlə yanaşı, digər məqamlar da vardı. Prezidentin qeyd etdiyi kimi, 1993-cü ilin may-iyun aylarında ölkədə gedən siyasi proseslər də müstəqilliyimizin yenidən itirilməsinə gətirib çıxaracaqdı. Lakin ulu öndərimiz hakimiyyətə gəldi və ölkədə vətəndaş müharibəsinin, böyük iqtisadi tənəzzülün qarşını aldı. Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, biz yenidən müstəqilliyimizi itirəcəkdik. Artıq ölkədə dərin siyasi və iqtisadi böhran baş qaldırmışdı. Ölkə iqtisadiyyatı iflic vəziyyətdə idi. Siyasi proseslər isə kuliminasiya nöqtəsinə çatmışdı. Separatçı qüvvələr baş qaldırmışdı. Torpaqlarımız işğal olunurdu. Erməni qəsbkarları öz xarici havadalarına arxalanaraq torpaqlarımızı tutmuşdu. Bütün bu proseslərin qarşısı alındı. Ordu vahid komandanlıq altında birləşdi. İqtisadiyyatın inkişaf perspektivləri müəyyənləşdirildi. Siyasi istiqamətdə konkret konsepsiyası hazırlandı. Bütün bu nailiyyətlər Heydər Əliyevin hakimiyyətdə təmsil olunmasının nəticəsi oldu. Bunun sayəsində biz 28 May Respublika Gününü böyük ruh yüksəkliyi ilə qeyd edirik”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı