Azərbaycan İdeyası

Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb"

Tarix:15-08-2019, 14:30
Baxış Sayı:238

KORRUPSİYA-Q.AZ


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətimə verdiyiniz yüksək qiymətə və Rusiya Federasiyasının ali fəxri mükafatına - "Dostluq" ordeninə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir.

Hörmətli Vladimir Vladimiroviç, fəxri mükafata görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram".

Milli.Az

OXŞAR XƏBƏRLƏR
Türkiyə İraqdakı bazası ilə bağlı qərarını verdi
Türkiyə İraqdakı bazası ilə bağlı qərarını verdi
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı