Azərbaycan İdeyası

İlhamə Quliyevanın evini soydular - ŞOK

Tarix:16-06-2016, 22:20
Baxış Sayı:557

İlhamə Quliyevanın evini soydular - ŞOK
Mərhum xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub. Bunu lent.az-a açıqlamasında xalq artistinin bacısı Gülbahar Quliyeva deyib.

O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət olunub: "İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülkü bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır".

İ.Quliyevanın bacısı "bu oğurluğa görə kimdən şübhələnirsiniz?" sualına isə bu cür cavab verib: "Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı