Azərbaycan İdeyası

Qadın ərindən boşanmaq üçün ağlasığmaz üsula əl atdı - VİDEO

Tarix:11-06-2016, 17:39
Baxış Sayı:712

Qadın ərindən boşanmaq üçün ağlasığmaz üsula əl atdı - VİDEO
Dələduz qadının başqa əməlləri də üzə çıxıb

Şəki sakini 32 yaşlı Nigar Məhəmmədli onu aldatdığını iddia edərək həyat yoldaşı Sabirabad sakini 34 yaşlı Qəhraman Qəhrəmanovdan ayrılmaq üçün ağlasığmaz üsula əl atıb.

Politika.Az Xəzər xəbər-ə istinadən məlumat verir ki, Nigar əvvəlcə həyat yoldaşına şəhərdə ona oxşayan başqa bir qadının olduğunu deyib.

Bir müddət sonra isə əri ilə bazarda qarşılaşanda özünü ona oxşayan qadın kimi təqdim edib.

Bu tərəflər arasında mübahisəyə səbəb olub. Səs küyə gələn polis əməkdaşları cütlüyü şöbəyə aparıb.

Dindirilmə zamanı Nigar Məhəmmədlinin yalan danışdığı məlum olub.

Qəhrəman Qəhrəmanov utanaraq üzünü bağlasa da arvadı ondan ayrılmaq istədiyini, əsəbləşərək belə etdiyini və məqsədinin ərinin başqa qadınla əlaqəsinin olub olmadığı öyrənmək olduğunu deyib.

Gənc qadını hadisə yerindən uzaqlaşdırmağa cəhd edən taksi sürücüsü Şəki Məmmədov da dindirilib.

O, Nigar Məmmədlini tanımadığını müştəri kimi maşına mindiyini qeyd edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Saxlanılan Nigar Məhəmmədli bir vaxtlar şou xarakterli verilişlərin birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat pul da almışdı.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı