Azərbaycan İdeyası

Mərcə girərək 532 bal yığan fəhlə - Universitetdən imtina etdi

Tarix:5-08-2016, 10:17
Baxış Sayı:427

Mərcə girərək 532 bal yığan fəhlə - Universitetdən imtina etdi
Qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərcə girən və 532 bal toplayan sumqayıtlı fəhlə İbrahim Qəhrəmanov universitet seçməkdən imtina edib. Criminal.az xəbər verir ki, “Sədərək”də işləyən gənc AzVision.az-a açıqlamasında hazırda iki diplomu olduğunu qeyd edib:

“2007-2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışam. Həmçinin paralel olaraq Türkiyə universitetlərindən birinin diplomunu almışam. 4 illik təhsili başa vurduqdan sonra bank sektorunda çalışdım. Daha sonra çalışdığım bankdan rayonlardan birinə ezam olunmağımı istədilər. Ona görə də işimdən imtina etdim. Bir müddət işsiz qaldım. Amma sonradan fəhlə işləmək qərarına gəldim. Hazırda fəhlə işləyirəm”.

Belə yüksək nəticə göstərən gənc bildirib ki, hansısa bir universiteti seçmək planı yoxdur: “Oxumayacağamsa hansısa yerdə seçim edib bir gəncin yolunu bağlamaq istəmirəm. Maddi sıxıntı baxımından təhsili davam etdirməyəcəyəm”.

İ.Qəhrəmanov maddi köməklik olunsa da belə təhsilini davam etdirmək istəmir. O, öz ixtisasına uyğun işlə təmin olunmasını istəyir.

Qeyd edək ki, İbrahim Qəhrəmanov əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda köhnə mehmanxanada məskunlaşıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı