Azərbaycan İdeyası

Bağırsaqları təmizləyən, görməni yaxşılaşdıran FAYDALI TƏRƏVƏZ

Tarix:19-05-2017, 12:27
Baxış Sayı:951

 Bağırsaqları təmizləyən, görməni yaxşılaşdıran FAYDALI TƏRƏVƏZ

İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı. Yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar. Yerkökünün faydalarını təqdim edirik.
Yerkökü həqiqətən çox faydalıdır. Onun tərkibində demək olar, bütün vitaminlər və əsas minerallar var. Yerkökü xüsusilə beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini ən güclü antiokidantlardan biridir. Qocalma proseslərini ləngidir, insanları bir çox xroniki xəstəliklərinin inkişafından qoruyur. Bu vitamin uşaqların normal inkişafı üçün olduqca vacibdir.
Yerkökü görməni yaxşılaşdırır. Bu məqsədlə belə reseptdən istifadə edə bilərsiniz: təzə yerkökünü ortadan kəsib arasına kərə yağı çəkin və hissələri biri-birinə yapışdırıb belə "buterbrodu" yeyin. Yerkökünün tərkibində olan görməni yaxşılaşdıran beta-karotin yağlarla birlikdə daha yaxşı mənimsənilir.
Yerkökü şirəsi ən sınanmış təbii qurdqovucu vasitələrdən biridir. Yerkökü immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır. Qidalı liflərlə zəngin olduğundan bağırsaqları əla təmizləyir, qəbizlik zamanı kömək edir.
Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.
Qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır.
Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstələri üçün çox faydalıdır.
Yerkökü həmçinin dərinin vəziyyətinə də müsbət təsir edir.
Yerköküdən maksimal fayda almaq üçün onu bitki, kərə yağı, xama və ya qaymaqla yemək lazımdır. Saglamolun.az

OXŞAR XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı