Azərbaycan İdeyası

Xaşın daha bir FAYDASI aşkarlandı – XANIMLARIN NƏZƏRİNƏ

Tarix:1-12-2017, 14:23
Baxış Sayı:747

Xaşın daha bir FAYDASI aşkarlandı – XANIMLARIN NƏZƏRİNƏ

Xaşın insan orqanizmi üçün xeyirli bir yemək olduğunu bilirik. Amma bu yeməyin dəri problemlərinə də inanılmaz faydası olduğu ortaya çıxıb.

Ailem.az bildirir ki, bu barədə türkiyəli fitoterapiya mütəxəssisi Ümit Aktaş məlumat verib. O deyib ki, xaş və sümük suyundan hazırlanan şorba dərini sıxlaşdırmaqda təsirli kollagen maddəsi ilə zəngindir: “Kollagen bədənimizin ayaqda durmasını təmin edən maddədir. Kollagen olmasa, ətlərimiz, sümüklərimiz və əzələlərimiz yığılıb qalar. Bu maddə eyni zamanda dəri sağlamlığı baxımından da vacibdir. Qadınlar anti-aging – dəri cavanlaşdırma tərkibli bahalı kremlər alırlar. Bunun əvəzinə həftədə 2-3 dəfə xaş içsələr, dəriləri daha gözəl olacaq. Xaş həmçinin qış aylarında artan xəstəliklərə qarşı da təbii qalxan vəzifəsi görür. Demək olar ki, adıçəkilən xörəklər tam bir vitamin qaynağıdır. Amma bu xörək mütləq xeyli qaynadılaraq bişirilməlidir. Həmçinin burada iliklər də çox faydalıdır və onu da yemək lazımdır. Bu yeməyə sirkə və sarımsaq da qatılarsa, faydaları saymaqla bitməz”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı