Azərbaycan İdeyası

Hamilələr bu meyvənin suyunu içsin - 8 FAYDASI

Tarix:3-11-2015, 15:52
Baxış Sayı:339

Sağlamlığa xeyirli olan hindistan qozunun (kokos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Aile.lent.az hindistan qozu suyunun hamilələr üçün 8 faydasını təqdim edir:
1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan hindistan qozu suyu sidik yolunun təmizlənməsi, böyrək daşlarına mane olmaq və böyrəklərin işləməsinə kömək edir.
2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri hindistan qozu suyu yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.
3. Yorğunluq, susuzluq, tükənmişliklə mübarizə aparır. Hindistan qozu suyu elektrolit baxımından zəngin, təzələyici və yüngül bir içkidir. Hamiləlik dövründə içilən hindistan qozu suyu bədənin susuz qalması və səhər qusmalarından sonra susuzluq və tükənmişliyə qarşı ideal içkidir. Bədəndəki suyu qoruyaraq həm də elastiklik qazanmasına kömək olur.
4. Mədə qıcqırması və qəbizliyə yaxşı təsir edir. Hindistan qozu suyu içmək həzmə yaxşı təsir edir və həzm sisteminin güclənməsinə kömək olur. Qəbzliyi aradan qaldırır və Ph səviyyəsini qaydasına salaraq bədənin təmizlənməsinə, metabolizmin inkişaf etdirilməsinə kömək edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı