Azərbaycan İdeyası

Elnarə polisə niyə çağırılıb?

Tarix:27-01-2016, 12:01
Baxış Sayı:509

Elnarə polisə niyə çağırılıb?Elnarə polisə niyə çağırılıb?




Elnarə Abdullayevanın polisə çağırılması ilə bağlı yayılan xəbər doğru deyil.
Bu sözləri əməkdar artist Elnarə Abdullayevanın vəkili Gülnar Nəzərli Elnarə xanımın müğənni Ülvi Qılıncın şikayəti əsasında polisə çağırılması xəbəri ilə bağlı Axar.az-a danışarkən deyib. O, bu xəbərin əsasız olduğunu bildirib:
“Heç bir şikayət yoxdur. Əgər belə bir şey olsaydı, biz qanun qarşısında öz öhdəliyimizi yerinə yetirər və polisə gedərdik”.
Elnarə Abdullayeva özü isə Publika.az-a açıqlamasında Ülvi Qılıncla aralarında yaşanan insidentə aydınlıq gətirib:
“İt ilində efirdə demişəm ki, oğluma sənətçi qız almaram. Ülvi də bunu əlində bayraq edib. Üstündən aylar keçib, efirə çıxıb deyir ki, niyə Elnarə müğənni xanımları təhqir edib, mən özüm də müğənni qızla evlənəcəkdim. Guya bunun qarşısını mən kəsmişəm. Qoymamışam müğənni xanımla evlənsin. Ay balam, get kimi istəyirsən al, mən Lenin, Engels deyiləm ki, sözüm aksiom kimi qəbul olunsun. Efirdə onun bu sözünü eşidəndən sonra özünə zəng etdim, dedim ki, səni ağrıdan nədir ki, it ilində dediyim sözləri indi yada salırsan. Get kimi istəyirsən al, mənə nə dəxli var. Sənin nəyinə lazımdır mənim müğənni xanımlarla bağlı fikrim. O da xəbər yayıb ki, guya onu telefonda hədələmişəm, ölümlə təhdid etmişəm. Özü özünə quyu qazıb. O telefon söhbətimiz yazılıb. Sübut olunanda ki, ona heç nə deməmişəm, dövləti aldatdığına görə cəza alacaq. Mənə qalanda, lazım olsa, polisə də gedərəm, izahat da yazaram”.
Qeyd edək ki, Ölkə.az müğənni Elnarə Abdullayevanın həmkarı Ülvi Qılıncın şikayəti əsasında polisə çağırıldığı barədə məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI