Azərbaycan İdeyası

BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi

Tarix:6-08-2026, 09:00
Baxış Sayı:7

BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son illərin ən güclü isti hava dalğalarından biri müşahidə olunur. Havanın temperaturu 51 dərəcədən yuxarı qalxıb.

Milli Meteorologiya Mərkəzinin məlumatına görə, avqustun 5-də Əl-Dəfra bölgəsinin Bidaa-Dafas yaşayış məntəqəsində havanın temperaturu 51,2 dərəcə Selsiyə çatıb.

Bu göstərici ölkədə qeydə alınmış tarixi maksimuma yaxınlaşıb. BƏƏ-də rekord temperatur 2002-ci ilin iyulunda qeydə alınıb və 52,1 dərəcə təşkil edib.

Mütəxəssislər bildirirlər ki, belə yüksək temperatur həm əhali, həm də infrastruktur üçün ciddi sınaqdır. Hakimiyyət orqanları sağlamlıqla bağlı riskləri azaltmaq üçün əlavə tədbirlər görürlər.

Sinoptiklərin proqnozuna görə, bəzi bölgələrdə avqustun 7-dək yağış və güclü külək gözlənilir. Lakin isti hava fonunda toz və qum fırtınaları, eləcə də görmə məsafəsinin azalması təhlükəsi davam edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı