Azərbaycan İdeyası

Telekanallarda sözün bitdiyi yer - İTV və Mədəniyyət TV-nin "əkiz" filmi...

Tarix:23-05-2017, 11:04
Baxış Sayı:1 343

 Telekanallarda sözün bitdiyi yer - İTV və Mədəniyyət TV-nin "əkiz" filmi...



Bu gün Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Moderator.az-a açıqlamasında ziyalı sözünü yaxına buraxmayan ölkə telekanallarının necə acınacaqlı durumda olmasına diqqət yönəltmişdi:
"Hesab edirəm ki, ziyalılara yönəlik bu ittihamın əsası yoxdur. Əgər söhbət əsl ziyalıdan gedirsə, əsl ziyalı həmişə millətin dərdini deyəcək. Bizdə isə televiziyalar müstəqil olmadığı, ümumiyyətlə birbaşa efir olmadığı üçün onların sözlərini kəsirlər. Bu hal bir-iki dəfə təkrar olandan sonra isə ziyalı verilişə gəlmək istəmir. Televiziyalarda da qara siyahı var. Bu siyahıda göstərilir ki, verilişlərə filankəsləri çağırmaq olmaz. Yaxud filankəs filan tədbirdə varsa, onu göstərmək olmaz. Belə şəraitdə ziyalıdan nə isə gözləməyin mənası yoxdur”.
Elçin Şıxlının fikirlərinin təsdiqi özünü çox gözlətmədi. Bu dəqiqələrdə "çevir tatı, vur tatı" mərəzinə yoluxmuş telekanallarımızdan ikisi - İTV və Mədəniyyət kanalı eyni vaxtda "Arşın mal alan" filmini nümayiş etdirir. Adama deyərlər ki, zalım uşağı, başınıza veriliş, yaxud, film qəhətdimi? Buna sözün bitdiyi yer deyilmirmi...?

OXŞAR XƏBƏRLƏR
Zahir Muradov – 70
Zahir Muradov – 70
Namizəd Səfərov dələduzluqda ittiham olunur
Namizəd Səfərov dələduzluqda ittiham olunur
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
Kiberpolisdən “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı əməliyyat - Saxlanılanlar var + VİDEO
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir
Parlament dövlət büdcəsini QƏBUL ETDİ
Parlament dövlət büdcəsini QƏBUL ETDİ
AYNA cərimə yazdı - Məhkəmə LƏĞV ETDİ
AYNA cərimə yazdı - Məhkəmə LƏĞV ETDİ
Azərbaycana 6 gün QAR YAĞACAQ
Azərbaycana 6 gün QAR YAĞACAQ