Azərbaycan İdeyası

Könül Xasıyeva: “Mehriban Əliyevanın bağışladığı mənzilə köçmüşəm”

Tarix:13-02-2018, 12:12
Baxış Sayı:8 419

 Könül Xasıyeva: “Mehriban Əliyevanın bağışladığı mənzilə köçmüşəm”


Xalq artisti, xanəndə Könül Xasıyevanın səhhətinin pisləşdiyi barədə məlumat vermişdik.
Korrupsiya-q.az xəbər verir ki, Modern.az saytı sənətçimizin səhhətindəki son durumu öyrənmək üçün onunla əlaqə saxlayıb.
Könül Xasıyeva bildirib ki, vəziyyəti xeyli yaxşılaşıb: “Hazırda çox yaxşıyam, hətta əlayam. Müalicəmi davam etdirirəm. Müalicəsiz yaxşı ola bilməzdim. Həkimlərimizə təşəkkür edirəm. Zəhmətimi çəkən bütün həkimlərə- başda Pərvin həkim olmaqla, Rəna xanıma, Səbinə xanıma öz minnətdarlığımı bildirirəm”.
Könül Xasıyeva deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ona mənzil hədiyyə edib:
“Allah Mehriban xanıma uzun ömür, can sağlığı versin. Mən indi həmin evdəyəm, orada yaşayıram. Mehriban xanım mənə Heydər Əliyev prospektində üç otaqlı mənzil bağışlayıb. Mənə burada çox rahatdır. Ölkə rəhbərliyinin sənətkarını mənzil ilə təmin etməsi, məncə, dünyanın heç bir yerində yoxdur”.
Sənətkarın sözlərinə görə, sağaldıqdan sonra yenidən tədbirlərdə, toy məclislərində iştirak edəcək:
“Martın 17-də 50 yaşım tamam olacaq. Ayın 16-da bu münasibətlə Heydər Əliyev Sarayında konsert görüşü baş tutacaq. Konsert saat 19:00-da başlayacaq. Hər kəsi dəvət edirəm”.
Qeyd edək ki, Könül Xasıyeva onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı