Azərbaycan İdeyası

Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"

Tarix:21-01-2019, 12:37
Baxış Sayı:1 092

 Aynişan kədərləndi: "Anam 7 il yataqda mübarizə apardı"

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Xalid sosial media hesabındakı paylaşımı ilə izləyicilərini kədərləndirib.
Korrupsiya-q.az axşam.az-a istinadən bildirir ki, uşaqlığından danışan müğənni onu "bəxtəvər" adlandıran izləyicilərinə cavba verib. O, uşaqlıqda çox ağır günlər yaşadığını bildirib:
"20 il öncə 2-ci sinifdə oxuyurdum. Sinif rəhbərim dedi ki, əmək dərsi üçün leqo gətirin. Anama heç nə demədim. Tam 3 həftə leqosuz dərsə getdim, müəllim isə hər dərs "niyə gətirməmisən" deyirdi. O dönəmlər anamın səhhətində çox ciddi problemlər var idi.
Qapımızı döyüb, halımızı soruşan az insan var idi. Anam o qədər fədakar idi ki, bilirdim ona desəm, imkanı çatmasa da, həll edəcək. Axırda müəllim mənə dedi ki, gələn dərs də gətirməsən, sənə "iki" yazacam.
Bilirdim ki, "iki" alsam, anam çox üzüləcək, ona görə həmin gün cəsarətimi toplayıb dedim. Baxdı üzümə dedi ki, Ayka, mənə niyə demirdin?
İndiyədək kino kimi gözümün önündən getmir, gecə saat 2-də gəldi, məni oyatdı, apardı qonaq otağına, gördüm divanın üstündə leqo - özü də gedib ən yaxşısın almışdı.
Səhəri gün məktəbə aparanda uşaqlar dedi ki, hə, özün gətirmirdin ki, birdən sənin leqonla oynayarıq?
Heç kimin heç nədən xəbəri yox idi. Anam həyatda tanıdığım ən güclü qadındır! Bəzən adamlar uzaqdan baxıb bəxtəvərlik verir və çox vaxt pozitiv statuslar yazanda "Sən nə çətinlik görmüsən ki, əlbəttə dünya-aləm vecinə olmayacaq" deyirlər.
Görmüşəm. Atamı itirəndə 1 yaşım var idi. 7 il yataqda həyatla mübarizə aparan ananın yanında oturub, gün ərzində 3-4 təcili yardımı qarşılayıb, yola salanda isə danışma qabiliyyətim belə tam formalaşmamışdı. Anam öyrətmişdi ki, bu rəqəmləri yığ və adresi de.
Biz bir-birimizdən möhkəm yapışıb həyata tutunduq, Allaha güvəndik. Bu günümüzə çox şükür".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı