Azərbaycan İdeyası

Afaq Bəşirqızı prezidentlə görüşdə protokoldan kənar danışıbmış – İlginc detallar

Tarix:4-03-2019, 15:37
Baxış Sayı:246


Ötən həftə prezident İlham Əliyevin mədəniyyət və incəsənət adamları ilə görüşü olduqca maraqlı məqamlarla yadda qalıb. Xalq artistlərinin çıxışları, onların təmsil etdiyi qurumların, özlərinin və ətrafındakıların problemlərini prezidentə çatdırması maraqlı məqamları ortaya çıxarıb.
Bizimyol.info keçirilən görüşlə bağlı maraqlı məqamlar əldə edib. Məlum olub ki, prezidentlə keçirilən görüşdə bir çox önəmli xalq artistləri, təşkilat rəhbərləri protokoldan kənar çıxış edib. Çıxışı ən çox müzakirələrə səbəb olan və bir neçə gündür sosial şəbəkələrdə dəstəklənən xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova da protokoldan kənar danışıb. Kadrlardan da göründüyü kimi heç bir dividentə sahib olmayan Mehriban Zəkinin protokola daxil edilərək kino haqda danışması bu qurumun sədri Şəfiqə Məmmədovanı hərəkətə gətirib. Mikrofondan uzaq olduğu üçün xalq artisti Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədələbəyli ilə yerini dəyişir və istəyinə nail olaraq bütün sözlərini Prezidentə çatdırır.
Afaq Bəşirqızını danışmağa vadar edən isə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın çıxış edərək heç kimin xahiş etməməsini bildirməsi olub. Bu çıxışdan sonra xalq artisti Afaq Bəşirqızı mikrofonların yanında olan siyahıya baxır və danışığı nəzərədə tutulmadığını görüb birbaşa mikrofonu yandırır, o da öz sözlərini və problemləri prezidentə çatdırır. Onların bu addımı zalda təəccüblə qarşılanır.
Protokoldan kənar çıxış etmələrinə baxmayaraq, prezident İlham Əliyev onların təkliflərini qəbul edib və bu istiqamətdə bütün tapşırılarını verib.

Afaq Bəşirqızı prezidentlə görüşdə protokoldan kənar danışıbmış – İlginc detallar

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı