Azərbaycan İdeyası

“Eurovision”da İNANILMAZ OLAY: “Həkim gəldi və ...” - VİDEO

Tarix:20-05-2019, 11:06
Baxış Sayı:182

"Ürəyim çox doludur, çox kövrəyəm, ağlamaq istəyirəm, amma ağlaya bilmərəm. Çünki bizdə deyirlər ki, yaxşı oğlan ağlamaz. Özümü birtəhər saxlamışam, gözləyirəm ki, Bakıya gələndə ağlayacam. Hava limanına gələnə qədər xaricilərdən, başqa ölkənin vətəndaşlarından o qədər xoş söz eşitdim ki, təsəvvürünizə gətirə bilməzsiniz. Kimi hədiyyə gətirir, kimisi də maşının qabağını kəsib dəstək olur, kimisi də ağlayırdı ki, biz birincilik gözləyirdik. Hisslərimi sözlə ifadə etməkdə acizəm".
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində uğurla təmsil edərək 7-ci yeri tutan müğənni Çingiz Mustafayev instaqramda paylaşdığı videoda deyib. Sənətçi müsabiqə ərzində ona dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib. O, etiraf edib ki, çıxışından öncə səsində problem yaranıb:
"Bilirəm ki, aranızda həyəcanlananlar və çox sevinənlər var idi. Onu da bilirəm ki, bu mübarək ayda dua edənlər var idi ki, birinci olmasın. Onlardan da xəbərim var. Allah köməkləri olsun, nə deyim. Nə bacardımsa, maksimum yaxşısını etdim. Çıxışımda əvvəl səsimdə problem var idi, həkim gəlib baxdı, birtəhər özümü toparladım, başqa variant yox idi”.
Qeyd edək ki, dünən gecə Bakıya qayıdan ifaçını dostları və fanatları hava limanında coşqu ilə qarşılayıb. Onlar Çingizin yarışmada ifa etdiyi “Truth” mahnısının sədaları altında müğənnini təbrik ediblər. Bu barədə video və fotolar sosial şəbəkədə paylaşılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı