Azərbaycan İdeyası

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Tarix:13-11-2015, 10:37
Baxış Sayı:495

Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib.
Korrupsiya və Qanun" qəzetinə istinadən APA-nın məlumatına görə, noyabrın 12-də günorta saatlarında təzyiqdən əziyyət çəkən aktyorun səhhəti pisləşib.
Ə. Məmmədoğlu Binəqədi xəstəxanasına yerləşdirilib. İlkin müayinə və müalicələrdən sonra aktyorun vəziyyəti stabilləşib və onun bu gün axşam xəstəxanadan evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmirqaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kinojurnalının 20-yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI