Azərbaycan İdeyası

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

Tarix:20-11-2019, 15:49
Baxış Sayı:116


Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının laureatı seçilib.
“Yeni Sabah” xəbər verir ki, o, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.
R. Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.
Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.
Mükafat noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən mərasimdə R. Əsədova təqdim olunub.
Qeyd edək ki, sözügedən mükafatın təqdimatı Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat 2015-ci ildə təsis edilib və indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib./Apa

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi - Foto

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı