Azərbaycan İdeyası

Cəngəmiranlı gənc cəng adamı

Tarix:1-08-2023, 15:51
Baxış Sayı:193

Cəngəmiranlı gənc cəng adamı
“Relax Lerik” idman klubunun üzvü, 3-cü dan qara kəmər sahibi, müxtəlif beynəlxalq peşəkar turnirlərin qalibi Nurlan İlham oğlu Canəlizadə 24.09.1996-cı il tarixdə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 2002-ci ildə Rəşid Nurullayev adına Cəngəmiran kənd orta məktəbinin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbdən məzun olub. 2015-2017-ci illərdə Azərbaycan Respublikasının Silahlı qüvvələrində Vətənə hərbi xidməti borcunu yerinə yetirdikdən sonra 2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin LRDYMH-nin əməkdaşı olaraq xidmətinə davam etmişdir.
On iki yaşından başlayaraq sərbəst güləşlə yeddi il məşğul olduqdan sonra çoxsaylı idman növlərinin də sirlərinə bələd olmuşdur. Hal-hazırda full-kontakt qraplinq idman növləri üzrə məşqçi – müəllim lisenziyasını Azərbaycan Budo Döyüş Növləri Federasiyasından almışdır.
2017-ci ildə Dünya Kuboku uğrunda döyüşdə iranlı rəqibini məğlub edib ikiqat Dünya Kubokunun qalibi adına layiq görülüb. Müxtəlif federasiya və təşkilatların keçirdikləri böyük beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib uğurlar qazanıb.
20-21 dekabr 2021-ci il tarixlərdə “Sərhədçi” Olimpiya idman kompleksində Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyi və Azərbaycan Okinava Qoçy-RYU karate-do və kempo kobudo idman növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və Zəfər gününə həsr edilmiş karate-do idman növü üzrə uşaq, yeniyetmə, gənclər və böyüklər arasında 25-ci açıq Azərbaycan çempionatı və birinciliyində "Kempo" idman növünün Full Kempo versiyası üzrə qalib gələrək I (birinci) yeri tutmuşdur.
Hələlik son döyüşü bu il may ayının 27-də Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev tərəfindən təşkil olunan Beynəlxalq peşəkar turnirdə baş tutub. Nurlan gürcü rəqibinə məğlubiyyət yaşadaraq turnirin qalibi olub. Bu münasibətlə millət vəkili İqbal Məmmədov şəxsən onunla görüşərək təbrik edib, gələcək idman həyatında uğurlar arzulayıb.
Nurlan Canəlizadə hal-hazırda Lerik rayon şəhid Qədir Nəzərov adına “Cəngi” idman klubunun direktoru və məşqçi-müəllim kimi fəaliyyət göstərir, həm də növbəti döyüşlərə hazırlaşır.
Ətraflı videoda:
https://www.youtube.com/watch?v=qzKeWeakH68

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı