Azərbaycan İdeyası

Mədət Quliyev Lamiyədən danışdı- “Onu tanıyacaqlar...”

Tarix:5-02-2015, 14:28
Baxış Sayı:0

Mədət Quliyev Lamiyədən danışdı- “Onu tanıyacaqlar...”

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin AzVision.az-a verdiyi müsahibəsini təqdim edir:

- Son günlər məhkum Lamiyə Quliyeva məsələsi fonunda sizinlə bağlı mətbuatda tənqidi məlumatlar yayılır. Öncə, bu barədə fikirlərinizi bilmək istərdik. Tənqidləri qəbul edirsinizmi?

- Mənim o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər. Guya mən özümü, Xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu, mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki? Burada narahatedici bir məsələ görmürəm. Cəmiyyətimiz inkişaf edir. Möhtərəm prezidentimiz şərəflə və çox böyük bir məharətlə respublikanın sükanını saxlayır. Xalqımız irəli gedir. Yaşayış səviyyəmiz yüksəlir.

- Məhkum Lamiyə Quliyeva olayında demək olar ki, hər gün yeni faktlar ortaya çıxır. Hamı sizin bu barədə açıqlama verməyinizi gözləyirdi. Sizcə, Lamiyə Quliyeva məsələsinin pərdəarxasında hansı məsələlər durur?

- Hər şey aydınlaşacaq. Bizim Xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir.

- Lamiyə Quliyeva uşağının atasının da məhkum olduğunu bildirib. Həmin şəxs isə bu iddiaları təkzib edərək Lamiyə ilə şəxsi yaxınlığının olmadığını bəyan edib. Bu məsələ araşdırılacaqmı?

- Bu məsələ tərəfimizdən təbii ki, araşdırılacaq. O ki qaldı həmin şəxs bunu təkzib edərək, ayrı şeylər deyir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq.

- Mədət müəllim, bu məsələyə görə mətbuatda sizi də tənqid edirlər. Qeyd edilir ki, uşağın atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti siz daşıyırsınız.

- Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır-yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır.

- Nə üçün sizin haqqınızda bu səpkili məlumatlar yayılır? Kimlərdir sizinlə bağlı qara piar kampaniyası aparan?

- Mənə qarşı olan qara kampaniya kimlərinsə tərəfindən formalaşdırılır. Bunlar heç kimin qanını qaraltmamalıdır. Çünki demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs istədiyi fikri yaza bilər. Narahat olmağa heç bir əsas yoxdur. Hər şey yaxşıdır.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur