Azərbaycan İdeyası

Dərman bazarının köhnə dərdi: Yerli, yoxsa xarici?

Tarix:8-02-2016, 11:21
Baxış Sayı:341

Dərman bazarının köhnə dərdi: Yerli, yoxsa xarici?

Azərbaycanda satışa çıxarılan dərman pereparatlarının demək olar ki, hamısı xaricdən gətirilir. Dərmanların keyfiyyəti qaneedici olmasa da, qiymətlər manatın ikinci dəfə ucuzlaşmasından xeyli bahalaşıb. Bu da daxili istehsalın olmaması ilə bağlıdır.
Ölkə başçısının daxili istehsalın inkişaf etdirilməsi ilə bağlı tapşırığından sonra Azərbaycanda dərman vasitələrinin istehsalı məsələsi gündəmə gəlib. Rəsmi məlumatlara istinadən demək olar ki, bir çox xarici şirkətlər ölkəmizdə dərman istehsal etmək istəyirlər. Hətta Səhiyyə Nazirliyinə İngiltərə, Misir və digər ölkələrin şirkətləri Azərbaycanda dərman istehsalı müəssisələri açmaq üçün müraciət ediblər. Amma hələlik bu istiqamətdə konkret nəticə yoxdur.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, sovet dövründə Azərbaycanda məlhəmlər və bu kimi pereparatlar isetahsal olunub, amma hazırda bu işlə məşğul olan mütəxəssislərin çoxu öz işindən uzaqlaşıb və bu sahədə xeyli problem yaşanır.
Professor qeyd edib ki, mütəxəssisləri stimullaşdırmaqla, Azərbaycanda dərman istahsalı və milli əczaçılıq müəssisələrinin əsası qoyula bilər: “Bu bəyənat şəklində qalmamalıdır. Tibbi sığorta məsələsini neçə illədir eşidirik, amma ortada real nəticə yoxdur. Hazırki durumda hesab edirəm ki, ölkədə dərman istehsalını inkişaf etmək lazımdır. İran dərmanları Avropa dərmanlarından geri qalsa da, ən azından keyfiyyət parametrlərinə görə xeyli yüksəkdir. İranla müştərək müəssisə yaratmaq olar”.
Azərbaycanda istehsal ediləcək dərmanların keyfiyyətinə gəlincə, Adil Qeybulla vurğulayıb ki, Azərbaycanda Avropa səviyyəsində dərman istehsal etmək yaxın gələcəkdə mümkün deyil.
“Hesab edirəm ki, Azərbaycanda əczaçılıq sənayesini müəyyən keyfiyyətdə, heç olmazsa İran səviyyəsində qura bilsək, xeyli irəliləyiş olar. Dərman istehsalı üçün zavodlar Sumqayıtda tam ekoloji təmizlik qorunmaqla qurula bilər”.
Professor onu da bildirib ki, Almaniyada istehsal olunan maye siroblar, çövhərlər Şərq təbabətinə əsaslanaraq hazırlanmış reseptlərdir. Təcrübə göstərir ki, bu reseptlər aktuallığını itirməyib. Odur ki, Azərbaycan da bu yolu gedə bilər. Həkimin sözlərinə görə, Azərbaycan müştərək zavodlar tikəcəyi halda Asiya bazarına çıxa bilər. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev artıq bir sıra ölkələrin əczaçılıq firmaları ilə danışıqlara başlanıldığını bildirib. Nazirlik sözçüsü qeyd edib ki, Azərbaycan hazırda Türkiyə, Yaponiya, Rusiyanın əczaçılıq firmaları ilə danışıqlar aparır: “Bundan başqa iqtisadiyyat naziri Şahin Mustafayev İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Həminb görüşdə Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib. Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Odur ki, təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq”-deyə Abbas Əliyev bildirib.
Ekspertlər hesab edirlər ki, ölkədə yerli dərman istehsal edilərsə, bu qiymətlərə də təsirini göstərəcək.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur