Azərbaycan İdeyası

Millət vəkili gömrüyü tənqid etdi

Tarix:1-02-2016, 13:35
Baxış Sayı:395

Millət vəkili gömrüyü tənqid etdi




Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentdə çıxışı zamanı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilməsini təklif edib.
Deputat bildirib ki, dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad olunması və ya azaldılması vacib məsələdir.
“Dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib. Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olduğundan, bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır. Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı