Azərbaycan İdeyası

Xərçəng əmələ gətirən faktorlar

Tarix:1-08-2016, 11:50
Baxış Sayı:311

Xərçəng əmələ gətirən faktorlar

Siqaret və siqaret tüstüsü.

Siqaret və siqaret tüstüsü xərçəngin əmələ gəlməsində rol oynayan əsas səbəblərdən biridir. Siqareti çəkən adam özünü zəhərlməklə yanaşı ətrafdakılara da çox böyük zərər verir. Siqaret və onun tüstüsünün tərkibində olan karbon qazları, bezpiren, fenol birləşmələri, nitrozamin, hidrozin, vinilxlorid, mişyak, müxtəlif radioaktiv maddələr həm siqaretdən asılı olan adamı, həm də ətrafındakıları zəhərləyir. Bu zəhərlənmələr də ağciyər, burun, udlaq, nəfəs və qida borusu, mədə-bağırsaq, mədəaltı vəz, sidik kisəs, uşaqlığın xərçənginə səbəb olur.

Müxtəlif cür dərmanlar.

Bəzi dərman vasitələrinin uzunmüddətli qəbulu süd vəzinin, qara ciyrəin, böyrəklərin və qanın xərçənginə səbəb olur. Bu dərmanlara tərkibində dietilstilbestrol, fenasetin, siklofosfamid və sitotoksik maddələr olan dərmanlar daxildir. Xərçəngin əmələ gəlmə dərəcəsi dərmanın qəbuledilmə vaxtından və dərmanın miqdarından asılıdır.

Spirtli işki qəbulu.
Spirtli içkinin həddindən artıq qəbulu və ondan yaranan asılılıq olduqda qaraciyər xərçənginə səbəb olur. Müxtəlif kimyəvi maddələr. Benzpiren, asbest, vinilxlorid, süalanma, benzol, radon, xrom, nikel, vinil birləşmələr və formaldehid kansoragen tərkibli maddələrir. Onlarla mütamadi əlaqədə olmaq xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Radiaktiv və kimyəvi şüalanmanın əmələ gətirdiyi xəstəliklər şüalanmanın orqanizmə verdiyi radiasiyanın dərəcəsindən asılı olaraq dəyişir. Radiaktiv maddələr ən çox beyin və dəri xərçənginin əmələ gəlməsinə səbəb olur.

Ultrabənövşəyi şüalanma.

Ultrabənövşəyi şüalanma gün altında çox dayanan zaman meydana gəlir. Günəş şüası normada qəbul edildikdə orqanizmin vitamin D-yə olan təlabatını ödəyir. Amma normadan artıq gün şüasının qəbulu dəridə melanoma, karsinomanın əmələ gəlməsinə səbəb olur.
Daha ətraflı: http://www.xeberoxu.com/37055-xerceng-emele-getiren-faktorlar.html

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı