Azərbaycan İdeyası

Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"

Tarix:18-07-2026, 11:00
Baxış Sayı:5

Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
Həddindən artıq çəkidən əziyyət çəkən şəxslərdə zehni məhsuldarlıq aşağı düşür.

Bu barədə psixiatr Mixail Drobijev gazeta.ru-ya müsahibəsində bildirib.

"Kökəlmək qan təzyiqinin yüksəlməsi və insult riskinin artması ilə nəticələnir. Həmçinin, karbohidratla bol olan yeməklər qandakı şəkərin miqdarını qaldırır. Yüksək qlükoza isə insan beynində diqqət, yaddaş və mühakimə kimi koqnitiv funksiyaları tənzimləyən oreksin neyronlarının fəaliyyətini dayandırır. Nəticədə zehni aktivlik düşür və gümrah qalmaq çətinləşir. Qidalandıqdan sonra beyin dərin yuxu rejiminə keçir", - deyə mütəxəssis qeyd edib.

Bol karbohidratlı və yağlı yeməklərin qəbulu zamanı beyində xoşbəxtlik hormonu sayılan dopamin sərbəstləşir. Çox sayda insan bu cür qida dopaminindən asılı vəziyyətə düşür. Piylənmədən əziyyət çəkənlərin reaksiyaları alkoqolizm vərdişləri olan şəxslərin davranışları ilə oxşar olur.

Həddindən artıq çəkisi olan insanlarda bir sıra əlamətlər görünür: qidalanmaya qarşı qarşısıalınmaz istək, yemək prosesinə nəzarətin itirilməsi, porsiyaları kiçiltmək üçün edilən uğursuz cəhdlər, toxluq hissi üçün tələb olunan qida həcminin davamlı artması və yemək düşkünlüyü - insan sırf qidalanmaq naminə digər məşğuliyyət və zövqlərdən uzaqlaşır.

Drobijev məsələni belə izah edib: "Qida" kəlməsini "spirtli içki" kəlməsilə əvəzləməyə çalışın. O zaman aydın olacaq ki, piylənmədən əziyyət çəkən birini çox yeməkdən çəkindirmək, alkoqol aludəçisini içkidən uzaqlaşdırmaq qədər mürəkkəb prosesdir. Ən müsbət nəticələr intizamlı müalicə metodları ilə əldə edilir. Bu zaman pasiyentlə sadəcə endokrinoloqlar deyil, psixoloq, narkoloq və psixiatrlar da paralel məşğul olmalıdır. Beyini sevindirəcək yeni mənbələr tapılmalı, karbohidrat və yağ istehlakı azaldılmalı, rasiona bol zülallı məhsullar əlavə edilməlidir. Həmin zülallı yeməkləri öyrəşdiyimiz şirniyyat və ya yağlı qidalar kimi də təqdim etmək mümkündür", - deyə psixiatr fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ