Azərbaycan İdeyası

Mindən çox insan pulsuz göz müayinəsindən yararlanıb

Tarix:18-01-2017, 15:36
Baxış Sayı:355


Mindən çox insan pulsuz göz müayinəsindən yararlanıb


Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən il ərzindəmüxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlaraxidmət göstərib, yüzlərlə xəstəni müayinə edib.
Ağcabədidə yerləşən Gənclər üçün təhsil mərkəzində 47 nəfər, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində isə 29 nəfər müayinə olunub.Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonraƏmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər.

Mindən çox insan pulsuz göz müayinəsindən yararlanıb
Eyni zamanda Salyandakı Əlillər Cəmiyyətində 35 nəfər, Buzovna qəsəbəsindəki Qocalar evində isə 24 nəfər müayinə olunub.Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara eynək reseptləri yazılıb, bəzilərinə isə müalicələr təyin edilib.
Ümumilikdə 2016-cı ildə 1000-dən çox ehtiyacı olan insana “Mobil Göz Klinikası” layihəsi çərçivəsində yardım edilib.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə“Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinəsəfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı