Azərbaycan İdeyası

1100 nəfər dövlət təminatında yaşayır

Tarix:11-02-2016, 13:28
Baxış Sayı:365

1100 nəfər dövlət təminatında yaşayır




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxs daimi dövlət təminatında yaşayır.
"Korrupsiya və Qanun" saytı bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, De-institusionalizasiya tədbirləri nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər ailələrinə qayıdıb. Nazirliyin sosial xidmət müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir.
Onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs Müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması sahəsində də son illərdə məqsədyönlü işlər aparılır. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Sosial xidmət müəssisələrində yaşayan şəxslərin, eləcə də həmin müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb.

OXŞAR XƏBƏRLƏR
İsmayıllıda zəlzələ oldu
İsmayıllıda zəlzələ oldu
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi