Azərbaycan İdeyası

`İki ildə 10 min dərmanın qiyməti tənzimlənib` - Tarif Şurası

Tarix:16-02-2017, 11:42
Baxış Sayı:341

  `İki ildə 10 min dərmanın qiyməti tənzimlənib` - Tarif Şurası

Son 2 il ərzində qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən 10 mindən artıq dərman vasitələrinin qiymətləri təsdiq edilib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib. O bildirib ki, beynəlxalq təcrübədə dərmanların qiymətləri tənzimlənir:
“Dərman vasitələrini insanlar özləri almır, həkimlər tərəfindən yazıldıqda alınır və qiymətlər sərbəst buraxıldıqda qiymətlərin artırılması və bundan sui istifadə halları yaranır. Qiymətlərin tənzimlənməsi bahalaşmanın, sui-istifadə hallarının qarşısını almaq, şəffaflığın təmin edilməsi, insanların ən ucuz aptek axtarmaq problemlərini aradan qaldırmaq üçündür. Eyni zamanda əksər dərman vasitələri idxal olunduğu üçün aşağı qiymətlər kütləvi şəkildə pulun ölkədən çıxmasına da yardım edir.
Bu gün dərman vasitələrinin qiymətləri tənzimlənərkən 10 istinad ölkəsi dərman nəzərə alınır. Orada istehsalçı qiymətləri bizim üçün basis rolunu oynayır və Azərbaycan bazarında şərti satış qiyməti formalaşdırılır. Bunun üzərinə Nazirlər Kabinetində müəyyənləşən marjalar, ƏDV əlavə olunmaqla sabit qiymətlər müəyyənləşdirilir”.
İ.Məcidov qeyd edib ki, dərmanların tənzimlənməsi üçün istinad olan ölkələr Bolqarıstan, İspaniya, Fransa, Yunanıstan, İtaliya, Macarıstan, Polşa, Türkiyə, Portuqalya və Sloveniyadır.
“Dərmanların vahid dünya qiymətinin müəyyənləşdirilməsi hələ mümkün deyil. İlk vaxtlarda bizə çoxlu müraciətlər daxil olub. Eyni zamanda sahibkarlar qiymətlərin aşağı olmasından narazılıq edirdilər. Biz onlara bütün prosedurları göstərirdik. Tənzimlənən qiymətlər dolların məzənnəsinin 1.71 manat olan səviyyəsində müəyyənləşib. Və sonuncu dəfə bu 28 noyabr tarixində olub. O dövrdən isə dollar 1.96 manata qədər qalxsa da, dərmanların tənzimlənən qiymətləri dəyişməyib. Tənzimlənən qiymətlər 5 faiz yüksək məbləğdə satıldıqda artıq bizə siqnallar daxil olur”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı