Azərbaycan İdeyası

“Parasetamol”un ən böyük təhlükəsi məlum oldu

Tarix:13-02-2018, 11:57
Baxış Sayı:309



 “Parasetamol”un ən böyük təhlükəsi məlum oldu
“Parasetamol” cinsi hormonlara mənfi təsir göstərərək, sonsuzluq və qüsurlu döl inkişafı risklərini artırır. Belə bir nəticəyə San Dieqoda “Human Longevity” təşkilatının alimləri gəlib.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə “The San Diego Union Tribune” jurnalında məqalə dərc olunub.
Tədqiqatda yaşı 18-dən yuxarı olan 455 nəfər iştirak edib. Təhlil prosesinə Avropada yaşayan 1880 əkiz, 1235 afroamerikalı və ispan əsilli insanların müayinəsi ilə bağlı tibbi məlumatlar daxil edilib. Alimlər metabolizm üçün zəruri olan 700 birləşmənin miqdarındakı dəyişikliklərin monitorinqini aparıb.
Nəticədə bütün könüllü qruplarında “Parasetamol”dan istifadə ilə əlaqədar neyrosteroid cinsi hormonların tükənməsi müşahidə olunub. Effekt hormonal səviyyədə orqanizmin 35 il müddətinə qocalmasına bərabər olub.
Preparat, eyni zamanda, cift və reproduktiv orqanlarda pozuntulara yol açır. Bundan savayı, “Parasetamol” sinir sistemi ilə bağlı xəstəliklərə yol açır, uşağın erkən doğumu və embrion inkişafı pozuntuları riskini artırır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı