2017-ci ildən bəri Azərbaycan xalqının göz xəstəliklərinin həllini tapan “Dünyagöz Bakı” daha bir yeniliyə imza ataraq, Femto Saniye Lazer cihazını Azərbaycan xalqının xidmətinə verdi.
Göz sağlamlığı üzrə ən yeni texnoloji Femto Saniyə lazer cihazı üzərində həkim Şeref Öğretmenoğlu tərəfindən xüsusi olaraq aparılan əməliyyatı və nəticələrini mətbuat işçilərinin iştirakı ilə həyata keçirildi.
Göz sağlamlığı və texnologiyası sahəsində dünyanın referans mərkəzləri arasında öncül yer alan “Dünyagöz” Xəstəxanalar Qrupunun 2017-ci ildə xidmətə verdiyi “Dünyagöz Bakı” daha bir yeniliyə də imza atdı.
Gözdə ən sıx rast gəlinən rahatsızlıqlardan biri kataraktın bıçaqsız və demək olar ki, heç bir qüsursuz müalicə olunmasını təmin edən Femto Saniyə lazer texnologiyasını Azərbaycan xalqının xidmətinə verdi. Mətbuat işçiləri təqdimat görüşü 23.01.2019 tarixində “Dünyagöz Bakı” xəstəxanasında həyata keçirildi. Həyata keçirilən görüşdə Dünyagözün təcrübəli həkimi op.dr.Şeref Öğretmenoğlu, Femto Saniyə lazer cihazının özəlliklərindən, risk ehtimallarını minimuma endirib xəstəyə verdiyi güvəndən danışdı.
Göz sağlamlığındakı ən yeni texnologiya olan Femto Saniye lazer texnologiyasının katarakta əməliyyatlarındakı qüsur fazini minimuma endirdiyini bildirən həkim op.dr.Şeref Öğretmenoğlu deyib “Gözün içindəki təbii büllurun öz şəffaflığını itirməsi ilə gözdə katarakta yaranır. Kataraktanın tək müalicəsi isə təbii büllurun yeni bir büllurla dəyişdirilməsidir. Yeni texnologiyalarla birlikdə bu müalicə üsulları da çox təkmilləşdirilmişdir. Bıçaqsız-Lazerlə katarakta əməliyyatı kimi tanınan Femto Saniyə lazer onlardan biri və ən yenisidir.
Bu texnologiya ilə katarakta əməliyyatı zamanı həkiməli iləedilən bir çox proseslər cihaz tərəfindən edilir və demək olar ki, qüsursuzdur və ümumilikdə 30 saniyə içində həyata keçirilir. Xüsusi katarakta əməliyyatları içində gözün içinə yerləşdirilən 3 fokuslu obyektivlər sayəsində kataraktanın bəzən yaxın, uzaq və astiqmat kimi refraksiya qüsurları da bir dəfəyə aradan qaldırılır”.
Femto Saniye lazer texnologiyasının Azərbaycan xalqına da xidmət göstərdiyinə görə öz məmnuniyyətini dilə gətirən həkim Öğretmenoğlu “Göz xəstəlikləri sahəsində xəstələrə eyni yanaşmanın vacibdir. Dünyagöz Bakı xəstəxanamızın həyata keçirdiyi bu yeniliyin Azərbaycan xalqı üçün vacib bir xidmət olduğunu düşünürəm” deyərək, sözlərini tamamladı.
Dünyagöz Xəstəxanalar Qrupu haqqında: 1996-cı ildə fəaliyyətə başlayan Dünyagöz, bütün filialarında və ən son texnologiyalarla həyata keçirdiyi yüzlərlə fərqli müalicə üsulları ilı göz və göz çevrəsinin sağlamlığına dair problemlərin həllini tapır. Ölkəmizdə filial xəsətəxanaçılığı ilə yeni bir dövrə qədəm qoyan Dünyagöz Xəstəxanalar Qrupu gündə 8000 poliklinika və 1000 əməliyyat həcmi ilə dövlət daxilində və dövlətdən kənarda ümumilikdə 25 ayrı nöqtədə əsas sağlamlıq xidmətlərini həyata keçirir.
Dünyagöz, sürətlə yenilənən qüsursuz texnologiyası, təlimçiləri və həkimlərindən ibarət 300 nəfərlik təcrübəli tibb personalı, 2500-ə yaxın heyəti və müasir idarəçilik anlayışları ilə qısa müddətdə dünyanın bir çox mərkəzləri arasında öz yerini tutdu.
Bütün Türkiyə daxilində, İstanbul, Ankara, Antalya, İzmir, Adana, Samsun, Tekirdağ, Bursa, Konya, Sakarya və Gaziantəpədə olmaqla, 11 ayrı-ayrı illərdə 20 şöbə və dövlət xaricində Almaniyanın Frankfurt və Köln, Gürcintanın Tiflis, Azərbaycanın Bakı və Hollandiyanın Amsterdam şəhərlərində olmaqla 5 ayrı nöqtədə xidmət göstərən Dünyagöz Xəstəxanaları Qrupu, Türkiyənin Avropadakı ilk və ən böyük yatırımını Almaniya-Frankfurtda həyata keçirdi. Yatırımınlarına eyni sürətlə davam edərək, 2017-ci ildə İzmirdəki yeni mərkəz ilə birlikdə daha geniş bir coğrafiyaya yayılmağı hədəfə alan qrup, Türkiyədə səhiyyə turizmində vacib rol oynayaraq dünyanın 107 ayrı xarici ölkəsində ildə təxminən 96 min xəstəyə xidmət göstərir.
Dünyagöz Xəstəxanalar şəbəkəsinin Bakı filialı Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov 39 ünvanında Dövlət Bayraq Meydanı yaxınlığında yerləşir.
Əlaqə: (012) 404-44-69