Azərbaycan İdeyası

AZƏRBAYCANDA HƏKİM SƏHLƏNKARLIĞINA GÖRƏ XƏSTƏYƏ DƏYMİŞ ZƏRƏR ÖDƏNİLƏCƏK – RƏSMİ

Tarix:4-07-2019, 13:54
Baxış Sayı:381


Azərbaycanda həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərər ödəniləcək.

Korrupsiya-q.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyinə 2019-2020-ci illər ərzində həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq və təqdim etmək tapşırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərərin ödənilməsi mexanizminin tətbiq olunmasını təmin etməlidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı