Azərbaycan İdeyası

Sabah bu yollar bağlı olacaq

Tarix:25-02-2020, 10:31
Baxış Sayı:150


Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsəov BiG.AZ-a bildirib ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Belə ki, hərəkət Neftcilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.
Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.
Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib