Azərbaycan İdeyası

Qanunsuz balıq ovu ilə bağlı reydlərə başlanıldı

Tarix:25-11-2015, 15:10
Baxış Sayı:396

 Qanunsuz balıq ovu ilə bağlı reydlərə başlanıldı




Nazirlik Xüsusi Kommisiya yaradıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın su hövzələrində davamlı olaraq qanunsuz balıq ovuna qarşı mübarizə aparır, qanunsuz ov alətlərinin ərazilərdən çıxarılaraq məhv edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirir.
"Korrupsiya və Qanun" saytının məlumatına görə bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
“Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi üzrə nazirlik və onun tabeli qurumları tərəfindən həyata keçirilən davamlı tədbirlərə baxmayaraq balıq ehtiyatlarının qanunsuz ovlanmasının, satışının qarşısının alınması tamamilə mümkün olmamış və hələ də belə anoloji hallara yol verildiyi barədə siqnallar və şikayətlər daxil olmaqdadır.
Ona görə də su hövzələrində qanunsuz balıq ovunun qarşısının alınması və nəzarətin daha da gücləndirilməsi üçün həyata keçirilən mütəmadi tədbirlər çərçivəsində ETSN-də Xüsusi Komissiya yaradılıb və Komissiyanın tərkibinə Nazirliyin müvafiq qurumlarının əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması barədə qərar qəbul olunub” , – deyə nazirlikdən qeyd edilib.
Qeyd olunub ki, bununla əlaqədar nazirlik müvafiq normalar çərçivəsində balıq ovu ilə məşğul olan şəxsləri yaradılmış Komissiyanın işində aparılacaq yoxlamalarda iştirak etməyə dəvət edir.
“Könüllülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86, 012-537-21-67) müraciət edə bilərlər”, - deyə nazirlikdən bildirilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı