Azərbaycan İdeyası

Vitse-spiker Nardaran hadisələrindən danışdı

Tarix:30-11-2015, 17:18
Baxış Sayı:408

Vitse-spiker Nardaran hadisələrindən danışdı





Nardaranda hüquqazidd hərəkətlər baş verib. Hüquq-mühafizə orqanları da bu hərəkətləri araşdırır və hüquqi qiymət də veriləcək.
Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün vətəndaşlardan dini inancından, siyasi, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərmək tələb olunur: `Dini inanc insanın özünə məxsusdur. Bu bizim mədəniyyətimizin, dünyagörüşümüzün bir hissəsidir, amma tam həyatımız demək deyil`.
B.Muradova qeyd edib ki, bu tip hadisələrə hələ tədqiqat getdiyi bir dövrdə müəyyənləşmiş şəkildə münasibət bildirmək imkanı yoxdur: `Elə bu məsələ ətrafında da siyasi ajiotaja və məsələni daha da gərginləşdirməyə xidmət edən açıqlamalara lüzum görmürəm. Hər bir Azərbaycan vətəndaşı dünyəvi bir ölkənin vətəndaşı olduğunu unutmamalıdır, öz həyatını dini inancı ilə birlikdə milli adət-ənənələrimizə, dəyərlərimizə, müasir və dünyəvi dövlət olaraq, qanunlara uyğun qurmağı, yaşamağı bacarmalıdır. Bu bizim hər birimizin qarşısında bir vəzifə kimi durur`.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı