Azərbaycan İdeyası

"Hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını almalıdır" - YENİLƏNİB

Tarix:21-12-2015, 14:53
Baxış Sayı:481

"Hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını almalıdır" - YENİLƏNİB

14:34

Azərbaycan hökuməti manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının qiymətinin artımını qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.
"Korrupsiya və Qanun" saytı bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, hazırda devalvasiyanın qiymətlərə necə təsir edəcəyi barədə danışmaq çox çətindir, lakin dövlət qiymət artımının qarşısını almaq məqsədilə mümkün olan hər şeyi edəcək: "Azərbaycana gətirilən məhsullar bahalaşmamalıdır. Manatın ucuzlaşması, ola bilsin, idxal edilən mallara təsir edəcək. Əsas olan qida məhsulları, kommunal xidmətlər, nəqliyyat üzrə qiymətləri qorumaqdır ki, yaranmış vəziyyət əhalinin rifahına çox güclü təsir etməsin".



14:35

Rüfət Quliyev qeyd edib ki, Azərbaycan manatının devalvasiyası barədə qərar Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalması səbəbinə görə məcburi və gözlənilən idi: "Nəzərə alsaq ki, son 10-15 gün ərzində Mərkəzi Bank valyuta intervensiyasında 100 milyonlarla manat itirdi, sonrakı gözlənti bütün valyuta ehtiyatlarının tam azalmasına gətitib çıxara bilərdi. Bu qərar prinsipcə gözlənilən idi".
"Korrupsiya və Qanun" saytı Trend-ə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, üzən məzənnəyə keçidin səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq qərarı oldu.
Deputatın sözlərinə görə, istənilən halda ajiotaja uymaq lazım deyil, çünki hökumət devalvasiyanın yaratdığı bütün mənfi prosesləri dayandırmağa çalışacaq: "Kiçik və orta biznesi səylə inkişf etdirmək lazımdır ki, daxili istehsal hesabına istehlak təmin edilsin. Digər tərəfdən məhsullarımızın ixracının genişləndirilməsi üçün imkan və stimul yaranır".

-----------

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib