Azərbaycan İdeyası

Bakıdakı pis qoxu ilə bağlı rəsmi açıqlama

Tarix:22-12-2015, 17:38
Baxış Sayı:337

Bakıdakı pis qoxu ilə bağlı rəsmi açıqlama




Bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarında müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb.
"Korrupsiya və Qanun2 saytını aldıığı məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az - a verilən məlumata görə, Bakı şəhərində son 3 gündə əlverişsiz metroloji şərait bərqərar olub. Tez-tez istiqamətini dəyişən zəif küləklər, nisbi rütubətliliyin yüksək olması, axşam saatlarında temperaturun aşağı, gündüz saatlarında temperaturun yüksək olması ilə bağlı hava hövzəsində yığılan, nəqliyyatdan və stasionar mənbələrdən atılan tullantıların səpələnməsi üçün əlverişli meteoroloji şərait yaradıb. Buna görə də bu, bu gün səhər saatlarında Bakının Xətai və Səbail rayonlarının bir hissəsində xoşagəlməz iyi ilə müşahidə olunub. Günün sonuna doğru şimal küləyinin güclənməsi gözlənilir.
Nazirlikdən bildirilib ki, artıq günorta saatlarından xoşagəlməz qoxu zəifləyib və bu hal itmək üzrədir. Küləyin sürətlənməsi ilə qısa müddət ərzində bu iyi də olmayacaq.
Nazirlik bildirir ki, sağlam insanlar havada müşahidə olunan bu halı ancaq qoxu ilə hiss edir, ancaq bunun ola bilsin ki, bu, xəstə insanlar üçün diskomfort yaradıb. Lakin atmosfer hövzəsindən götürülmüş nümunələrdə zərərli qaz qarışıqlarının miqdarında artım qeydə alınmayıb, norma həddində olub. insan sağlamlığı üçün heç bir təhlükə yoxdur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı