Azərbaycan İdeyası

Əfv siyahısı prezidentə təqdim olunacaq

Tarix:24-12-2015, 13:24
Baxış Sayı:517

Əfv siyahısı prezidentə təqdim olunacaq



Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb.
"Korrupsiya və Qanun" saytı “Report”a istinadən xəbər verir ki, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb. Siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq. Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əfv edilməsi xahiş olunacaq.
Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı