Azərbaycan İdeyası

Şagirdləri döyən müəllimləri hansı cəzalar gözləyir?

Tarix:27-01-2016, 16:32
Baxış Sayı:357



Vəkil Kamandar Nəsibov: "Onlar hətta həbs edilə bilər"
Son bir ayda iki orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı qeydə alınıb. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılıb, müəllimlərdən biri işdən azad olunub, digəri töhmət alıb. "Korrupsiya və Qanun" saytı bildirir ki, "Report" şagirdlərə qarşı zor tətbiq edən müəllimlərə qanunvericiliklə hansı cəza verilə biləcəyini araşdırıb.
Vəkil Kamandar Nəsibov "Report"a bildirib ki, döyülmə hadisəsi ilə bağlı həmin şəxslər həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələrlə məsuliyyətə cəlb edilməlidir: "Əgər döyülmə faktında ekspertiza rəyinə əsasən şagirdə heç bir xəsarət yetirilməyibsə, İnzibati Xətalar Məcəlləsinin 38-1-ci (döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Maddəyə əsasən, həmin şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin ekspertizada göstərlidiyi kimi xəsarət varsa, xəsarətin dərəcəsi müəyyən olunubsa, həmin vaxt Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə cinayət işi açılmalıdır. Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən, təqsirləndirilən şəxslər (126-cı maddə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə, (127-ci maddə) iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə və (128-ci maddə) üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
Qeyd edək ki, son bir ayda iki məktəbdə - Sumqayıt şəhəri 22 saylı məktəbdə və Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra "Təhsil haqqında" qanunun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə Sumqayıt şəhəri 22 saylı məktəbin tarix müəllimi İdris Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi.
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Direktora xəbərdarlıq edilib, müəllimə isə töhmət verilib.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib