Azərbaycan İdeyası

Azad Ticarət Zonası ilə bağlı iclası keçirilib

Tarix:10-06-2016, 19:09
Baxış Sayı:446

Azad Ticarət Zonası ilə bağlı iclası keçirilib
Ələtdəki Yeni Bakı Limanında Azad Ticarət Zonasının yaradılması ilə bağlı İşçi Qrupunun ilk iclası keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru və İşçi Qrupunun rəhbəri Taleh Ziyadovun sədrliyi ilə keçirilən iclasda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, Ələt qəsəbəsində Azad Ticarət Zonasının (ATZ) yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də ATZ-də həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərin hazırlanmasi istiqamətində aparılan işlər müzakirə olunub.

Bakı Limanından azvision.az-a verilən məlumata görə, İşçi Qrupunun üzvlərinin diqqətinə çatdırılıb ki, ATZ-nin planlaşdırılması və idarə olunması sahəsində ixtisaslaşan xarici şirkətlə danışıqlar aparılıb və yaxın zamanlarda həmin şirkət ATZ-nin yaradılmasına cəlb olunacaq. “Ələt qəsəbəsində ATZ-nin yaradılması ilə bağlı cənab Prezidentin sərəncamından irəli gələn tapşırıqların vaxtında icra olunması Ələtdəki Yeni Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevirilməsini təmin edəcəkdir. Hal-hazırda İşçi Qrupuna daxil olan 10-dan artıq nazirlik, komitə, agentlik və cəmiyyət rəsmiləri bu prosesin səmərəli qurulması üçün öz tövhələrini verirlər,” deyə Taleh Ziyadov, İşçi qrupunun rəhbəri bildirib.

Xatırladaq ki, iclasda İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Ələt qəsəbəsində Yeni Bakı Limanında ATZ-nin yaradılması ilə nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Bu ilin payız sessiyasında ATZ ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirə olunacağı nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı