Azərbaycan İdeyası

Cəbhə rayonlarında oxuyan şagirdlər imtahandan azad edildi

Tarix:18-06-2016, 16:27
Baxış Sayı:499

Cəbhə rayonlarında oxuyan şagirdlər imtahandan azad edildi
2016-cı ilin aprel ayı ərzində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrlə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarında cəbhə bölgəsinə yaxın yerləşən bəzi məktəblərdə tədris prosesi pozulub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Qaynarinfo.az-a verilən məlumata görə, yaranan vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə isə 5 məktəbin IX və XI siniflərində təhsil alan ümumilikdə 1652 şagirdi buraxılış imtahanlarından azad edilib.

Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.

Buraxılış imtahanlarından azad olunmuş cəbhə bölgəsinə yaxın məktəblər və onların məzunlarının sayı haqqında məlumatı keçiddən əldə edə bilərsiniz.

2015/2016-cı tədris ilində 1153 şagird isə sağlamlıq imkanları məhdud olduğu üçün rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə buraxılış imtahanlarından azad olunmuşdur. Bu məzunların da ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.

Səhhətinə görə buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı ilə tanış olmaq olar.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı