Azərbaycan İdeyası

Bakıda 130 min manat mənimsəyən qadına AĞIR CƏZA

Tarix:6-03-2015, 16:40
Baxış Sayı:596

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakinləri, 1965-ci il təvəllüdlü Yeganə Mehdiyeva və 1979-cu il təvəllüdlü Vüsal Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Yeganə Mehdiyeva 8, Vüsal Paşayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Yeganə Mehdiyeva bir nəfəri aldadaraq ondan 130 min manat alıb. Bu işdə Vüsal Paşayev vasitəçilik edib. Y.Mehdiyeva verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib və Yeganə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 178 –ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, o axtarışa verilib.
Xətai rayon Polis İdarəsi və 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində Yeganə Mehdiyeva tutulub. Barəsində aparılan ibtidai istintaq zamanı elədiyi əməllərdə Vüsal Paşayevin vasitəçiliyi olduğu məlum olub. V.Paşayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı