Azərbaycan İdeyası

Daşkəsəndə avtomobili aşdı: 2 yaralı

Tarix:5-03-2015, 12:50
Baxış Sayı:627

Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zağalı kəndi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Fatma Salman qızı Tağıyeva Daşkəsən rayonuna gedərkən idarə etdiyi “Hyundai” markalı avtomobilini aşırıb. Qəza zamanı sürücü və onun oğlunun nişanlısı, 1990-cı il təvəllüdlü Səidə Cəbrayıl qızı Seyidova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin orta ağır olduğunu bildirirlər.

Məlumata görə F.Tağıyeva və gələcək gəlini Daşkəsəndə hərbi xidmətdə olan oğlunun yanına gedirmiş. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı