Azərbaycan İdeyası

LOMBARDLAR SOYĞUNÇULUQLA MƏŞĞULDURLAR

Tarix:22-07-2016, 15:33
Baxış Sayı:284

LOMBARDLAR SOYĞUNÇULUQLA MƏŞĞULDURLAR
Keçən ilin fevralında və dekabrında baş vermiş devalvasiya, ardından isə problemli kreditlərin həcminin artması səbəbindən banklar kredit verilməsi şərtlərini dəyişdi. İndi banklardan girov müqabilində belə kredit götürmək çətindir. Buna görə də əhali kredit (əsasən də az məbləğdə istehlak krediti) üçün lombardlara üz tutmaq məcburiyyətində qalıb. Lombardların iş prinsipi belədir. Qoyulan qızıllar bazar qiymətindən iki dəfə aşağı hesablanır. Müştərilər faiz məsələsində də aldadılır. Kreditin 3-5 faizlə verildiyi göstərilsə də faizlər 8-14 faiz arası, bəzən daha çox hesablanır. Bir sözlə, lombardlara nəzarətin zəif olması müştərinin soğan kimi soyulması ilə nəticələnir. Redaksiyamıza ərizə ilə müraciət etmiş vətəndaş Cavadov Təvəkkül Əziz oğlu da keçən il bu aqibətlə üzləşib. Cərrahi əməliyyata ehtiyacı olduğu üçün xərcləri qarşılamaq məqsədilə "Memar Əcəmi" metrosu həndəvərində lombardlıq fəaliyyəti ilə məşğul olan Şahin adlı şəxsə 9 qram qızıl girov qoyduğunu yazıb. Şahin onu Təvəkkülün razılığı olmadan başqa bir şəxsə satıb. Üç günə pulu verəcəyini vəd etsə də, hələ də yerinə yetirməyib.
Müştərilərin qarşılaşdığı daha bir problem isə lombardın bağlanması, ərazidən köçməsidir. Lombard köşklərinin istənilən vaxt bağlanması mümkündür.
Banklarda əmanət və ya girov müştərinin razılığı və ya məhkəmə qərarı olmadan açılmır. Lombardlarda isə qızıl müştərinin razılığı olmadan satışa çıxarılır. İstehlak və ya digər kreditlərdən fərqli olaraq lombard kreditlərini tez əldə etmək mümkündür. Qızıl-zinət əşyası zərgər tərəfindən qiymətləndirilir. Bundan sonra bazar qiymətindən aşağı məbləğ müəyyənləşdirilir.
Lombardlarda da qızılın qiymətləndirilməsində bazar qiymətləri nəzərə alınmır. Amma banklardan fərqli olaraq lombardlarda əmanətin, girovun qorunması problemlidir.
Lombardlara nəzarət zəifdir. Buna görə də əmanətçilərin hüquqları pozulur. Onsuz da kredit faizləri yüksəkdir. Əhalinin 80-85 faizi banklardan asılı vəziyyətdədir. Bundan istifadə edən lombardlar isə əhalini soymaqla məşğuldur. Lombard fəaliyyətini dayandırarsa, girovu geri qaytarmaqda problem yaranır. Bu gün istənilən şəxs lombard aça, faizə pul verə bilər. Nəzarətin zəif olması isə problemlərin yaranmasına, vətəndaşların aldadılmasına yol açır. Amma məsələ yalnız bununla da yekunlaşmır. Bu gün əhali olduqca məlumatsızdır. Banklaradan kredit götürülür, amma müqaviləni imzalamadan əvvəl heç kim şərtləri oxumur. Nəticədə bank şərtlərdən öz xeyrinə istifadə edə bilir. Biz dolların manata nisbətən bahalaşmasında bunun şahidi olduq. Lombardlarla da müqavilə bağlanır, amma müştəri müqavilədə yazılanlara diqqət yetirmir. Lombard qızılı istənilən vaxt satışa çıxara bilməz. Amma müştəri qızılın satılacağı ilə qorxudulur, qızıl satışa çıxarılmadan lombardlar tərəfindən mənimsənilir. Məsələ burasındadır ki, bu gün aldadılan müştərilər arasında məhkəməyə müraciət edənlər çox azdır.
Qeyd edək ki, deputat Vahid Əhmədov da lombardların fəaliyyətini tənqid edib. Amma V.Əhmədov mətbuata açıqlamasında lombardlarla bağlı hər hansı qanunun qəbul edilməsinə ehtiyac görmədiyini deyib.
Lombardların fəaliyyətini tənzimləyən xüsusi qanun qəbul edilməyib. Yalnız Mülki Məcəllənin 295-298-ci maddələrində lombardların fəaliyyətinə toxunulur. Lombardlara girov qoyulmuş qızılın yalnız açıq hərracda satışına icazə verilir.
Amma müraciət etdiyimiz lombardların heç birində qızılların açıq hərracda satılması ilə bağlı sualımıza müsbət cavab ala bilmədik. Elə internetdə də açıq hərraclarla bağlı elan və ya məlumatlarda lombardlar tərəfindən qızıl-zinət əşyalarının satışa çıxarılmasına rast gəlmədik. Şahin adlı lombardın fəaliyyətinin qanuni olub-olmaması da tərəfimizdən araşdırılmaqdadır.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib