Azərbaycan İdeyası

Bakıdakı qeyri-adi toyla bağlı - Polkovnikdən sərt sözlər - VİDEO

Tarix:29-07-2016, 21:48
Baxış Sayı:478

Bakıdakı qeyri-adi toyla bağlı - Polkovnikdən sərt sözlər - VİDEO
Əgər belə idisə, niyə məhz plovu əsgərlərin müşayiəti ilə gətirirdilər? Elə bəylə gəlini gətirərdilər də, plovu yox. Təbii ki, bu məsələyə müsbət yanaşmıram. Hər işin öz xarakterik cəhəti var. Plov mətbəxə aid olan bir şeydir. Mətbəxə aid olan şeyi əsgərin gətirməsi məqsədəuyğun deyil.

Bəylə gəlin məclisə daxil olanda dövlət himninin səslənməsi, şəhidlərimizin xatirəsinin yad olunmasını isə müsbət qarşılayıram. Criminal.az saytı bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İbrahim Rüstəmli bir neçə gün öncə Bakıdakı toyların birində plovun süfrəyə əsgər geyimində olan şəxslərin müşayiəti ilə gətirilməsinə münasibət bildirərkən səsləndirib.
Ekspert bildirib ki, toy başlamazdan öncə himnimizin oxunması, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi isə müsbət yenilikdir: "Plovun əsgər geyimində olan rəqqasların müşayiəti ilə gətirilməsi müsbət yenilik deyil. Ancaq son vaxtlar bəzi toylarda dövlət himnimiz ifa olunur.

Baxmayaraq ki, himn ifa olunan zaman məclisdəkilərin bəziləri ayağa qalxmırlar. Bir neçə il öncə Müdafiə Nazirliyində xidmət edəndə rəhbərlik tikintilərdə, müxtəlif müəssisələrdə əsgər geyimlərindən istifadə olunmasına etiraz etdi. Hətta küçə-küçə düşüb o geyimləri yığdılar. Görürdün ki, fəhlə, çilingər əsgər formasındadır. Düzdür, qarşısını tam almaq olmasa da, müəyyən nəticə əldə edildi".

Polkovnik-leytenant bildirib ki, Müdafiə Nazirliyinin məsələyə münasibət bildirməsi o qədər də labüd deyil: "Nazirlik müdaxilə etsə də, normal qarşılayaram, etməsə də. Əsas odur ki, əsgər formasıyla alver etmək olmaz".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı