Azərbaycan İdeyası

ANS oktyabrda açıla bilər - ilginc iddialar

Tarix:8-08-2016, 10:16
Baxış Sayı:370

ANS oktyabrda açıla bilər - ilginc iddialar
Azərbaycanın ilk müstəqil teleradio yayımı olan ANS sentyabrdan sonra efirə qayıda bilər…

Politika.Az-a verilən məlumata görə, telekanal oktyabrda fəaliyyətini bərpa edəcək.
Referendumdan sonra ANS-in yenidən yayıma başlayacağı barədə xəbərlər dolaşır. Telekanal rəhbərliyinin ehtiyatlı və korrekt çıxışı da məhz bu bilgilərə hesablanıb. İddialara görə, Mir Şahin Ağayev və Vahid Naxış ANS-in təqribən nə zaman açılacağı tarixindən xəbərdardır.
Bildirilir ki, bu barədə telekanal əməkdaşları ilə də müzakirə aparılıb. Onlara qeyri-rəsmi deyilib ki, telekanalın payızda fəaliyyətini bərpa edəcəyi şansı var və bu haqda heç yerdə danışmasınlar. Hazırda “ağzına su alıb” gözləyən ANS kollektivi ümid edir ki, deyilən tarixdə ekrana qayıdacaqlar. İddialara görə, ANS-in bağlanmasında əsas və mühüm faktor Gülən məsələsi olsa da, burada ayrı nüanslar da az deyil.
Son aylarda Milli Teleradio Şurası ilə məhkəmə çəkişmələrində olan, bir çox verilişləri bağlanan ANS-ın bağlanması üçün fürsət axtarılırmış. Bu fürsəti MTRŞ sədri Nuşirəvan Məhərrəmli əldən verməyib. Onunla kəllə-kəlləyə gələn Mir Şahindən qisasını bu şəkildə alıb.
Doğrudur, Gülənlə müsahibə məsələsində ciddi siyasi xətaya yol verilmişdi. Bunu Mir Şahin də etiraf edib. Çünki dövlət rəhbərliyinin diqqəti Türkiyədəki hadisələrdə olduğu vaxtda, hərbi qiyam rəsmi şəkildə pisləndiyi halda Mir Şahin ANS efirində “Ərdoğanın yerində olsam istefa verərdim” çıxışı edir.
Bundan başqa, Türkiyədə terror təşkilatı elan FƏTO-nun rəhbəri Fətullah Gülənlə müsahibədə iştirak da siyasi anlamda bağışlanmaz yanlışlıqdır.
Politika.Az-a gələn məlumatlarda bildirilir ki, ANS-in bağlanması bu səbəbdən baş versə də, MTRŞ-lə olan müharibə də az rol oynamayıb. Buna rəğmən, Azərbaycanın ilk müsəqil teleyayımı olan ANS-in bağışlanacağı və fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Hər halda öz xətasını anlayan telekanal rəhbərliyi də səhvini gizlətməyib. Ümid olunur ki, dövlət başçısına müraciətdən sonra məsələyə pozitiv münasibıət nümayiş etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama