Azərbaycan İdeyası

Yol polisi piyadaya gülməli bildiriş göndərdi - VİDEO/FOTO

Tarix:9-08-2016, 12:43
Baxış Sayı:451

Yol polisi piyadaya gülməli bildiriş göndərdi - VİDEO/FOTO
Bakıda piyada zolağından keçən şəxs ilə yol polisi arasında mübahisə yaşanıb. Piyada yaşıl işıqda keçdiyini iddia etsə də, yol polisi qırmızı işıqda keçdiyini deyərək ona protokol tərtib edib. Uzun çək-çevirdən sonra piyada protokola imza atmadan gedib. Bir neçə gün əvvəl isə yol polisi həmin piyadanin ünvanına bildiriş göndərib. Ünvana gələn bildiriş isə gülüş obyektinə çevrilib.

"Piyada markalı" və "piyada dövlət qeydiyyat nişanlı avtomobil". Bu ifadələr Bakıda yol polisinin bir piyadaya göndərdiyi bildirişdəndir... Belə ki, sürücülər üçün nəzərdə tutulan bildiriş piyadanın ünvanına göndərilib.

Hadisə bir neçə gün əvvəl paytaxt sakini Cəfər Cəfərlinin başına gəlib. Onun sözlərinə görə, Səbail rayonu ərazisində - İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yolu keçərkən yol polisi onu saxlayıb. Həmin vaxt ərazidə xidmət aparan yol polisi Cəfər Cəfərliyə protokol yazaraq 20 manat cərimə edib. Amma piyada həmin vaxt protokola imza atmayıb. Bu səbəbdən də onun yaşadığı ünvana bir neçə gün əvvəl Xətai rayon Dövlət Yol Polis Şöbəsindən bildiriş göndərilib.

Ekspertlər deyirlər ki, bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Əslində qayda pozuntusuna görə piyada, sürücü, hətta sərnişinə qarşı da ayrıca bildiriş növləri tərtib edilməlidir. O ki, qaldı piyadanın həmin ərazidə cərimələnməsinə nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, əgər hadisə həqiqətən də piyadanın dediyi kimi baş veribsə, ona yazılan cərimə doğru deyil. Piyada Cəfər Cəfərli məhkəməyə müraciət etməklə ona göndərilən bildirişi ləğv etdirə bilər

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin

“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət