Azərbaycan İdeyası

UBER Black Azərbaycanda fəaliyyətini dayandıracaq

Tarix:11-08-2016, 12:00
Baxış Sayı:415

UBER Black Azərbaycanda fəaliyyətini dayandıracaq
Azərbaycanda 10 noyabr tarixindən başlayaraq fəaliyyət göstərən UBER taksi xidmətinin UBER Black qanadının işi dayandırılacaq. Oxu.Az-ın məlumatına görə, bunun səbəbi bu istiqamətin maddi ziyana işləməsidir. Sadə maşınlardan fərqli olaraq, UBER Black-da çalışan bahalı maşınların sürücüləri günün bəzi saatları üçün əlavə məvacib alırlar. Sifarişlərin azalması fonunda onlar tərəfdən qazanılan pul xərcləri qarşılamır.

Qeyd edək ki, UBER Black premium seqmentə yönəlmişdir, və UBER Black-da işləyən maşınlar elit və bahalı markalardan ibarətdir. Qeyd edək ki, UBER X, yəni adi maşınlardan ibarət xidmət fəaliyyətinə davam edəcək. Amma nəticə olaraq UBER Azərbaycanda fəaliyyət göstərən Baku taxi, 189, Dost Taxi və başqa adi taksi xidmətlərindən artıq heç nə ilə fərqlənməyəcək.

Öz növbəsində şirkətdən bildiriblər ki, yayılan məlumat həqiqəti əks etdirmir “Nəzərinizə çatdırım ki, xidmətlərimizlə əlaqədar müəyyən optimizasiya işləri gedir və çox yaxında istər UberBLACK istərsə də uberX xidməti ilə bağlı yeniliklər ictimaiyyətə təqdim ediləcək. Lakin, birbaşa UberBLACK xidmətinin bağlanması məlumatı doğru deyil. Qeyd etdiyim kimi, bizim özümüz belə bu xəbərə çox təəccübləndik”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı