Azərbaycan İdeyası

Ali Məhkəmə bağlanmış bankların əleyhinə qərar verdi

Tarix:12-08-2016, 11:37
Baxış Sayı:297

Ali Məhkəmə bağlanmış bankların əleyhinə qərar verdi
Ali Məhkəmənin bu gün baş tutan iclasında lisenziyaları ləğv edilən “Atrabank” və “Qafqaz İnkişaf Bank” ASC-lərin əleyhinə qərar qəbul edilib. Criminal.az saytı Report-a istinadən xəbər verir ki, bu barədə bank dairələrindən məlumat verilib.

Xatırladaq ki, lisenziyaları ləğv olunan “Atrabank” və “Qafqaz İnkişaf Bankı” konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırdı. Bunun üçün onlar ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə bankların xeyrinə qərar vermişdir.

Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib. Sonra isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsində olub. AMB “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub.

Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib. Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə “Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra “Günaybank” birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı