Azərbaycan İdeyası

Fuad Bağırov: "Ağ şəhərdə bir bina sertifikatlaşdırılıb" - FOTO

Tarix:20-05-2026, 12:00
Baxış Sayı:7


Bəzi regionlar həddindən artıq istiləşmədən əziyyət çəkir, Azərbaycan kimi ölkələr isə getdikcə daha ciddi xarakter alan şirin su qıtlığı ilə üzləşirlər".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov WUF13 çərçivəsində keçirilən "Sürət və Miqyasda Yaşıl Əlverişli Mənzil - Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hətta Azərbaycan və Gürcüstan kimi qonşu ölkələr eyni tarixə və oxşar şəraitə malik olsalar da, dayanıqlı inkişaf məsələsində tam fərqli yanaşmalara sahibdirlər:

"Gürcüstan bol şirin su ehtiyatlarına malikdir. Azərbaycan isə zəngin enerji resurslarına sahib olsa da, şirin su ehtiyatları baxımından çətinlik yaşayır. Biz qlobal trendlərin və beynəlxalq dayanıqlılıq standartlarının etibarlı olduğunu anlayırıq. Onlar texnoloji intizam və beynəlxalq tanınma təmin edir. Lakin yerli sertifikatlaşdırma sistemlərinə də diqqət yetirilməlidir. Biz Qazaxıstandakı tərəfdaşlarımız və CalGBC ilə əməkdaşlıq edirik. Birgə şəkildə BEC adlandırdığımız sertifikatlaşdırma sistemi üzərində işləyirik. Bu, bizim təsnifat sistemimizin qısaldılmış adıdır. Artıq bir pilot bina layihəsi üzrə sertifikatlaşdırmanı həyata keçirmişik.

Ümumilikdə beynəlxalq səviyyədə layihələr əsasən ayrı-ayrı binalar üzrə həyata keçirilir. Məsələn, Bakıda - Ağ şəhərdə bir bina sertifikatlaşdırılıb. Hazırda biz mexanizmlərin formalaşmasını gözləyirik, çünki sertifikatlaşdırma üçün buna ehtiyac var. Əslində maliyyə mexanizmi olmalıdır ki, sertifikatlaşdırma prosesi təmin edilə bilsin.

Hazırda əsas məsələlər soyutma sistemləri, şəbəkələrin quraşdırılması, tikinti materialları və digər əlaqəli sahələrlə bağlıdır. Ənənəvi memarlıq yanaşmalarında da maraqlı məqamlar var. Əslində keçmişdə müəyyən memarlıq prinsipləri dayanıqlılığı dəstəkləyirdi və bunu müasir aşağı emissiyalı yanaşmalardan çox əvvəl tətbiq edirdi. Məsələn, Bakının tarixi hissəsində dar küçələrin salınması həddindən artıq istiləşməni azaltmağa kömək edirdi. Kompakt tikinti üsulları, daha davamlı dam sistemləri, qarışıq istifadə olunan məhəllələr və yerli materiallardan istifadə istilik sabitliyini təmin edirdi və digər üstünlüklər yaradırdı. Söhbət köhnə üsullara qayıtmaqdan getmir. Əsas məsələ ənənəvi tikinti yanaşmalarını və materiallarını müasir materiallarla birləşdirməkdir. Xüsusilə indi - uzun təchizat zəncirlərinin problemlər yaratdığı dövrdə biz yerli materiallara və yerli texnologiyalara daha çox diqqət yetirməliyik".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı