Azərbaycan İdeyası

Yol polisi sürücülərə müraciət etdi

Tarix:2-09-2016, 14:04
Baxış Sayı:448

Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif bölgələrində yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 2-də gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Yol polisi sürücülərə müraciət etdi
İdarədən Criminal.az saytına verilən məlumatda bildirilir ki, belə hava şəraitində sürücülər ara məsafəsinə və sürət həddinə diqqət etməlidirlər. Çünki yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobilin tormozlanması zamanı adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı tormoz məsafəsi ilə yağıntılı havadakı topmoz məsafəsi arasındakı fərq 50 faiz artır.

Məsələn, sürücü avtomobili saatda 60 km sürətlə idarə edirsə adi vaxtda tormoz məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər. Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikasının digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sizin mənzil başına sağ-salaman çatmağınız üçün olduqca önəmlidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı