Azərbaycan İdeyası

“Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək” - General

Tarix:14-09-2016, 15:58
Baxış Sayı:315

“Bakıda təhlükəsizlik tədbirləri gücləndiriləcək” - General
Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq. Criminal.az saytı APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək. S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi, “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını, zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də avtomobil sahibələrinə, valideynlərə müraciət edərək sabah təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində saxlamamağı tövsiyə edib. Əks təqdirdə həmin sürücülər məsuliyyətə cəlb ediləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı