Azərbaycan İdeyası

Bankirin bacısı: “Heç kim mənəm-mənəm deməsin” - VİDEO

Tarix:12-10-2016, 14:10
Baxış Sayı:546

Bankirin bacısı: “Heç kim mənəm-mənəm deməsin” - VİDEO
Beynəlxalq Bankın idarə heyyətinin sabiq sədri Cahangir Hacıyevin və onunla birlikdə həbs olunan 7 nəfərin cinayət işi üzr məhkəmə prosesi yekunlaşmaq üzrədir. Prokuror çıxışında Cahangir hacıyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sabiq bankir isə öz növbəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq maliyyə naziri Samir Şərifovu ittiham edir. Cahangir Hacıyev heç bir subut olmadığı halda həbs edilməsini və müttəhlimlər kürsüsündə əyləşməsini kimlərinsə sifarişi kimi dəyərləndirir. Criminal.az saytı musavat.com-a istinadla xəbər verir ki, C.Hacıyevin bacısı Əminə Hacıyeva qardaşına qarşı irəli sürülən ittihamlara və ona istənilən cəzaya münasibət bildirib.

Oktyabrın 10-da keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verən Əminə Hacıyeva qardaşının günahsız olduğunu və məhkəmədən ədalətli qərar gözlədiyini deyib. O, əlavə edib ki, qardaşının günahsız olduğunu hər kəs bilir. Ə.Hacıyeva məhkəmənin ədalətli qərar verməyəcəyi təqdirdə Azərbaycan dövlətinə olan inamlarının itəcəyini bildirib:

“Qərar ədalətli olmalıdır. Çünki hamı çox gözəl bilir ki, heç kimdə təqsir yoxdur. Ona görə də heç kim heç bir sənəd təqdim etmədi, heç kim sübut gətirmədi. Mən bilmirəm, əgər məhkəmə ədalətli qərar verməsə, bizim Azərbaycana olan inanmımız tamam itəcək. Çünki bu belə düzgün deyil”.

Ə.Hacıyeva C.Hacıyevin qanunsuz olaraq həbs edildiyini deyərək, qardaşının həbsində əli olan şəxslərə mesaj göndərib:

“Heç vaxt demək olmaz ki, qatıq qaradır, heç vaxt. Onsuz da illər keçəcək, biz hamımız yaxşı bilirik ki, həyat çarxıfələkdir. Bu gün burda olan adam sabah gedir o biri yerə. Heç kim mənəm-mənəm deməsin. Bu işdə qara əməllərini yetirən insanlar onlar da Allahdan öz paylarını alacaqlar. Mən buna yüz faiz əminəm. Biz bütün ömrümüzü belə yaşamışıq, uşaqlara nağıl oxuyurduq ki, xeyir həmişə şər üzərində qələbə qazanır. Mən onsuz da əminəm ki, xeyir şər üzərində qələbə qazanacaq. Onsuz həyat ola bilməz. Belə olsa, dünya batardı. Əgər yaxşılıq pisliyə üstünlük gəlməsəydi, onda dünya gərək neçə əsr əvvəl batardı”.

Qeyd edək ki, “Beynəlxalq bank işi”nə görə Əminə Hacıyevanın da ölkədən çıxışına STOP qoyulub. Bugünkü məhkəmə prosesində son söz deyən Cahangir Hacıyev bu məsələyə də toxunaraq bacısının bankla heç bir əlaqəsinin olmadığını və onun ölkədən çıxışına qoyulan qadağanın qanunsuz olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur